Bu gün keçirilmiş oyunlarla Birinci Liqada III tura yekun vurulub. Günün ilk oyununda “Harmony Hotel” qələbə qazanıb. “Red Line” isə “tələbələr”i çətinliklə yenib. “Çinar Cəbrayıl” mövsümdə ilk qələbəsinə sevinib. “Rayyan” MFK – “Qarabağ Füzuli” dueli isə dramatik alınıb. Belə ki, ardıcıl qollar vuran “Qarabağ Füzuli” fasiləyə qədər 4:0-lıq üstünlüyünü qoruya bilməyib. “Rayyan”dan Kazımovla Hüseynov dubl ediblər. İkinci hissə də gərgin keçib. Nominal qonaqlar avtoqola sevinsə də, bu 1 dəqiqə çətib. “Rayyan” dərhal hesaba tarazlıq gətirib. Sonrakı qolları da bu komanda vurub. Məğlub olduğu oyunu lehinə çevirən “Rayyan” da mövsümdə qələbə “siftəsi” edib. “Standard” isə starda məğlub duruma düşsə də, böyükhesablı qələbə sayəsində zirəvdəki mövqeyini qoruyub.
“Harmony Hotel” – “Metropoliten” 5:3
AZMİU – “Red Line” 2:3
“Yasamal” İSK-2 – “Çinar Cəbrayıl” 3:4
“Rayyan” MFK – “Qarabağ Füzuli” 9:5
“Standard” – “Zəngilan” 13:3