...

Böyükhesablı qələbələr günü


Birinci Liqada X tura yekun vurulub. Günə U-19 qələbə ilə başlayıb. Çempionluq uğrunda yarışan “Standard” da böyükhesablı qələbə qazanıb. “Zirvə Bakı” autsayderlər qrupunda yer alsa da, əsasını yeniyetmələr təşkil edən komandanın oyun planında artırdığını qeyd edə bilərik. “Xızı Yasamal”ın “Veqa” ilə dueldə asan qələbə qazandığı isə hesabdan da görünür. Maraqlıdır ki, günün 4 oyununda böyükhesablı nəticə qeydə alınıb. Yalnız turun son matç qol baxımından kasad olub. Qapı toru cəmi üç dəfə silkələnib ki, onu da “Yasamal” İSK-2 bacarıb. Birinci Liqada XI turun oyunları noyabrın 8-də və 9-da keçiriləcək.

U-19 – “Çinar Cəbrayıl”  8:3

“Zirvə Bakı” – “Standard” 3:9

“Qarabağ Füzuli” – “Star karqo” 4:11

“Xızı Yasamal” – “Veqa” 12:2

AzMİU – “Yasamal İSK-2” 0:3