...

Mərkəzi oyunda “AjaxBaku” sevindi


Bu gün Birinci Liqada XVI turun 5 oyunu keçirilib. Zirvə Bakı – Çinar Cəbrayıl görüşü baş tutmayıb. Buna səbəb nominal meydan sahiblərinin təyin olunmuş vaxtda meydddana çıxmamasıdır. “Star kargo” isə böyükhesablı qələbə qazanıb. Turun növbəti oyunu maraqlı alınıb. Əvvəlcə “Baku Fire-2” ardıcıl qollarla hesabda önə keçib. Amma ruhdan düşməyən Yasamal təmsilçisi status-kvonu bərpa etməklə yanaşı, rəqibi məğlub duruma da salmağı bacardı. Yeri gəlmişkən, hər iki komanda oyunun gedişində əsas qapıçılarını itirdi. Bu azmış kimisona 2 dəqiqə qalmış , “Xızı Yasamal”ın kapitanı qırmızı vərəqə ilə cəzalandırıldı ki, bundan da rəqib maksimum istifadə etdi. İki qol vuran Teymur Eyvazovun yetirmələri qələbə qazandı. Turun mərkəzi oyununda “Forza Neftçi” və “AjaxBaku” komandaları üz-üzə gəldi. Turnir cədvəlinin zirvəsində qonşu olan komandaların duelinə maraq kifayət qədər idi. Olimpik Starda tribunaların tam dolması, xüsusilə də “Forza Neftçi” fan-klubunun fəallığı meydandakı gərgin mübarizəyə əlavə rəng qatmışdı. Birinci hissədə hesab açılmadı. Topa nəzarət daha çox “AjaxBaku”da olsa da, təhlükəli epizod yaratmaq baxımında “fan-klub” da geri qalmırdı. Sadəcə, fasiləyə qədər qolun vurulmaması matçın gözəlliyinə cüzi də olsa, xələl gətirə bilərdi. Di gəl sürətli və gərgin mübarizə azarkeşləri darıxmağa qoymurdu. Bir epizodda isə David Kərimi təkbaşına rəqib qapısına qədər irəliləyib zərbə endirdi, amma “çərçivə”yə düşə bilmədi. Onu da qeyd edək ki, “AjaxBaku”nun əsas üzvlərindən Vüsal İsayev görüşdə iştirak etmirdi. İkinci hissənin startından cəmi 34 saniyə sonra nominal qonaqlar sükutu pozdu. “Forza Neftçi”nin cavab zərbəsini qolkiper zərərsizləşdirdi. Bir epizodda isə Natiq Kərimi hədəfi dəqiq nişan ala bilmədi. Əvəzində Davud Kəriminin meydanın mərkəzində yol verdiyi səhvdən sonra topu ələ keçirən Eşqin Tağıyev fərqi 2 topa çatdırdı. Növbəti səhvlərdən isə Əsgər Hümbətov düzgün istifadə etdi və fərqi 4 topa çatdırdı. Yekunda 3 xalı aktivinə yazdıran tərəf “AjaxBaku” oldu. Günün son matçı da gərgin keçdi. Fasiləyə qədər cəmi 1 qol vuruldu. Qədir Rüstəmov adını tabloya yazdırdı.İkinci hissədə də üstünlüyünü davam etdirəm “Zəngilan” qollarının sayını artırdı. Rasim Əsədovun fəallığını xüsusi qeyd etmək lazımdır.

 

Veqa – Star kargo 1:18

Xızı Yasamal – Baku Fire-2  5:6

Forza Neftçi – AjaxBaku 0:4

AzMİU – Zəngilan 2:5

 

Turun qalan oyunları dekabrın 14-də Olimpik Starda keçiriləcək.

Ulduz – U-19

14 dekabr. Olimpik Star. Saat 17:00

Hakimlər: Rahin Heybətov, İsgəndər Əliyev, Hacıəli Ağayev

Qarabağ Füzuli – ADBTİA

14 dekabr. Olimpik Star. Saat 18:00

Hakimlər: Rahin Heybətov, Anar Fərəcov, Hacıəli Ağayev

Standard – Yasamal İSK-2

14 dekabr. Olimpik Star. Saat 19:00

Hakimlər: Əli Cəbrayılov, Hacıəli Ağayev, Xəlil Xəlilov

Rayyan MFK – Metropoliten

14 dekabr. Olimpik Star. Saat 20:00

Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Xəlil Xəlilov

Red Line – Baku Fans

14 dekabr. Olimpik Star. Saat 21:00

Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Azad Hüseynov