...

“Baku Fans”dan “come back”


Bu gün keçirilən 5 oyunla XVI tura yekun vurulub. Günün ilk oyununda iki milli komanda üz-üzə gəldi. U-19-un fəal başladığı oyunda eşitməqüsurlu futzalçılardan ibarət millinin əsasında yaradılmış “Ulduz” ardıcıl 3 qol vurdu. Düzdü, sonrakı dəqiqələrdə U-19 hesaba tarazlıq gətirməyi bacardı. Ancaq 3 xalı “Ulduz” aktivinə yazdırdı. ADBTİA da turu qələbə ilə başa vurdu. Amma “idmançılar” “Qarabağ Füzuli”nin müqaviməti ilə üzləşdilər. “Standard” isə fərqi artırmaq üçün bir qədər səy göstərdi. “Rayyan” stardan sonra məğlub duruma düşsə də, sonda gülən tərəf oldu. Turun son matçı isə dramatik sonluqla yadda qaldı. Sona 3 dəqiqə qalmışa qədər hesabda üstün olan “Red Line” sona 41 saniyə qalmış məğlub duruma düşdü.

Ulduz – U-19  6:5

Qarabağ Füzuli – ADBTİA 4:9

Standard – Yasamal İSK-2 8:0

Rayyan MFK – Metropoliten 12:4

Red Line – Baku Fans 2:3