Futzal üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirib. Bakı İdman Sarayında Özbəkistan yığması ilə üz-üzə gələn komandamız qələbə qazanıb – 4:3. Millinin heyətində Oliveira Da Nascimento “Vassora”, Tiago Telles Martins “Bolinha”, Eduardo Borges və İsa Atayev fərqlənib. Bu komandalar arasında keçirilmiş ilk oyunda Özbəkistan millisi 3:2 hesabı ilə qələbə qazanmışdı.
Azərbaycan - Özbəkistan (3:1) 4:3
22 yanvar. Bakı İdman Sarayı. Saat 20:00
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Fuad Həsənov
Qollar: Oliveira Da Nascimento “Vassora”, 02:26, Tiago Telles Martins “Bolinha”, 12:07, Eduardo Borges, 15:00, İsa Atayev, 36:32 // İlhamjon Hamroev, 09:49, İxtiyar Ropiyev, 25:25, Sunnatilla Jorayev, 28:35
Sarı vərəqə: Tiago Telles Martins “Bolinha”, 18:31, Xətai Bağırov, 38:08
Qırmızı vərəqə: Əkbər Usmanov, 35:14
Azərbaycan
12. Rövşən Hüseynli (GK), 3. Tiago Telles Martins “Bolinha”, 10. Oliveira Da Nascimento “Vassora”, 13. Amir Shojaei, 6. Eduardo Borges, 1. Emin Kürdov (GK), 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 14. Hadi Ahmadi, 17. İsa Atayev, 16. Jonathan Luiz De Angelis “Batton”, 7. Ramiz Çovdarov, 20. Eshagh Soorghali, 5. Tofiq Mikayılov
Baş məşqçi: Joze Alesio Da Silva
Özbəkistan
12. Ravşan Eliboyev (GK), 3. Maşrab Adilov, 7. Dilşod Rahmatov, 11. Əkbər Usmanov, 15. Sunnatilla Jorayev, 1. Rustam Umarov (GK, K), 2. Anasxon Rahmatov, 4. İxtiyar Ropiyev, 6. İlhamjon Hamroev, 8. Husniddin Nişonov, 9. Ravşan İsmatullaev, 14. Konstantin Sviridov, 5. Javlon Anorov, 13. Abdulla Solihov, 10. Xuşnur Erkinov
Baş məşqçi: Bahodir Ahmedov