...

Birinci Liqada qış fasiləsi başa çatdı


Bu gün Birinci Liqada XX turun 5 oyunu keçirilib. Bununla da qış fasiləsi başa çatıb.

Əvvəlcə Olimpik Starda Yüksək Liqanın iki təmsilçisinin ehtiyat komandaları qarşılaşıb. “Baku Fire-2” ilk qolu vursa da, oyunun son dəqiqəsinə qədər “Yasamal İSK-2” hesabda öndə olub. Yalnız son dəqiqədə nominal meydan sahibləri tablodakı rəqəmləri lehinə dəyişə və qələbə qazanmağı bacardı. “Forza Neftçi” isə ən məhsuldar qələbəni aktivinə yazdırdı. “Azarkeşlər” rəqib qapısından 35 cavabsız top keçirdi. “Standard” da yuvarlaq hesablı qələbəyə sevindi və mövqeyini qorudu. Heyətini gücləndirən “Qarabağ-Füzuli” də yeni ilə qələbə ilə başladı. Əyalət təmsilçisi bu dəfə “tələbələr”dən güclü oldu. Günün son görüşündə lider 3 xalı qazanmaqla izləyicilərinin ona çatmasına imkan vermədi.

Baku Fire-2 – Yasamal İSK-2  6:5

Çinar Cəbrayıl – Forza Neftçi  0:35

Metropoliten – Standard 5:10

Qarabağ – Füzuli – AzMİU 5:1

Star kargo – AjaxBaku 2:6

 

Turun qalan 5 oyunu fevralın 22-də Olimpik Starda keçiriləcək.

Saat 18:00  Red Line – Ulduz

Hakimlər: Əli Cəbrayılov, Fuad Həsənov, Rza Məmmədov

Saat 19:00  Zəngilan – Veqa

Hakimlər: Əli Cəbrayılov, Fuad Həsənov, Rza Məmmədov

Saat 20:00  U-19 – Xızı Yasamal

Hakimlər: Etibar Həsənov, Elmir Quluzadə, Fuad Həsənov

Saat 21:00  ADBTİA – Arenda.az

Hakimlər: Hikmət Qafarlı, Ziya Nəsirov, Elmir Quluzadə

Saat 22:00  Baku Fans – Zirvə Bakı

Hakimlər: Hikmət Qafarlı, Elmir Quluzadə, Ziya Nəsirov