Bu gün “Olimpik Star”da keçirilmiş 5 oyunla Birinci Liqada XXI tura yekun vuruldu. Günə U-19 böyükhesablı qələbə ilə başladı. AzMİU isə birinci hissədə rəqibinə müqavimət göstərə bildi. Fasilədən sonra üstünlü tamamilə əl alan “Ulduz” mövsümdə ilk dəfə 9 top fərqi ilə qələbə qazandı və 12 qol vurdu. İkinci dövrəyə daha inamlı başlayan “Zirvə Bakı” “Qarabağ Füzuli” ilə dueldə əzmkar heç-heçə etdi və xal ehtiyatını 4-ə çatdırdı. İddiasını davam etdirən “Forza Neftçi” də turu itkisiz başa vurdu. Son oyunda isə “Red Line” çətin qələbə qazanmaqla turnir cədvəlindəki mövqeyini 2 pillə yaxşılaşdırdı.
Veqa – U-19
AzMİU – Ulduz 3:12
Zirvə Bakı – Qarabağ Füzuli 4:4
Forza Neftçi – Zəngilan 6:2
Star karqo – Red Line 0:2