...

“Araz”dan növbəti qələbə


 

“Marafon” – “Araz” (0:3) 2:5

Hakimlər: Əli Cəbrayılov, Anar Fərəcov, Ceyhun Hüseynov

Qollar: Farid Mazaherichorasi, 37:35, Vitali Borisov, 38:51 // İsa Atayev 0:45 (pen.), 14:54, Eshaq Surğali, 19:36, Xətai Bağırov, 28:46, Murilo Borges Souza, 33:15

Sarı vərəqələr: Seymur Məmmədov, 10:35 // Hadi Əhmədi, 11:08, Eshaq Surğali, 12:17, Amir Şojai, 17:11

Qırmızı vərəqə: Eshaq Surğali, 27:04

 

Bu gün Yüksək Liqada XV turun “Marafon” – “Araz” oyunu keçirilib. “Araz”dan Rizvan Fərzəliyev, Eshaq Surğali və Ramiz Çovdarovun yüngül zədəsi var idi. “Marafon”da isə Rashid Ghalapourun adı oyunun protokoluna daxil edilməmişdi.

Oyunda hesab erkən açıldı. Murilonun qapı qarşısına ötürməsinin qarşısını kəsmək istəyərkən Nihad İsmayılov əllə oynadı və hakim penalti təyin etdi. İsa Atayevin zərbəsi dəqiq oldu.  Cəmi 20 saniyə sonra “Marafon” hesabı bərabərləşdirməyə yaxın oldu. Şahab şansını düzgün dəyərləndirə bilmədi. “Araz”dan isə standart vəziyyət zamanı Hadi Əhmədi fərqi artıra bilmədi. Əhmədi 4-cü dəqiqədə Həsənzadə ilə üzbəüz qaldığı epizodu da qola çevirməyi bacarmadı. 8-ci dəqiqədə isə Rizvan avtoqol müəllifi olacaqdı ki, son anda Hüseynlu topu tutmaqla buna imkan vermədi. 12-ci dəqiqədə Rövşən bu dəfə İlkinin zərbəsini çətinliklə kornerə çıxardı. 13-cü dəqiqədə Amirin zərbəsi dirəyə tuş gəldi. 2 dəqiqə sonra Majiddən topu “oğurlayan” Atayev dubl etməklə fərqi də 2 topa çatdırdı. Birinci hissəsnin sonuncu dəqiqəsində seymurla Ramilin anlaşılmazlığı Eshaqın qol vurmasına şərait yaratdı.

İkinci hissədə ilk təhlükəli vəziyyəti “Araz” yaratdı. Xətainin ötürməsini Ramiz tora qoşudura bilmədi. Ramil səhvsiz oynadı. 27-ci dəqiqədə Çovdarov bu dəfə dirəyi dirəyi nişan aldı. 28-ci dəqiqədə “Araz” meydanda azlıqda qaldı. “Marafon”un bundan istifadə edəcəyi gözlənilirdi ki, hadisələr “Araz”ın lehinə işlədi. Belə ki, Rövşənin əllə ötürməsini Xətai başla qapıdan keçirdi və hesabı 4:0-a çatdırdı. Bundan sonra səhvləri təkrarlayan nominal meydan sahibləri rəqibin fərqi artırması üçün növbəti şəraiti yaratdı. Bu dəfə Murilo Borges Souza adını tabloya yazırdı. Farid Mazaherichorasi ilə Vitali Borisovun qolları isə təsəlli oldu.