...

Hakimlərimizə beynəlxalq təyinat


 Avropa çempionatının 3-cü qrup mərhələsi çərçivəsində aprelin 9-da, Dais İdman Zalında keçiriləcək Yunanıstan – Moldova oyununu həmyerlilərimiz idarə edəcək. Belə ki, görüşün birinci və ikinci hakimi, müvafiq olaraq Hikmət Qafarlı və Knyaz Əmiraslanov olacaq. Bu dueldə üçüncü hakim funksiyasını Vasilios Christodoulis, timekeeper isə Nikolaos- Andreas Pachakis olacaq. Hər iki hakim Yunanıstanı təmsil edir. Hakim-inspektor isə Andreas Demetriou (Kipr) olacaq. Yeri gəlmişkən, kiprli aprelin 14-də Bakıda iş başında olacaq.