Sabah Yüksək Liqada 2021-2022-ci il mövsümünə start veriləcək. Bu dəfə 8 komanda qalib adı uğrunda mübarizə aparacaq. İndiyə qədər “Araz-Naxçıvan” 15 dəfə hamıdan güclü olub. Ötən mövsüm isə çempionat keçirilməyib və İcraiyyə Komitəsinin qərarı ilə bir il əvvəlki çempion – “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında iştirak edir. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. İlk çempion isə “Nicat” olub. “Araz-Naxçıvan” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb.
Bu, sayca 28-ci ölkə çempionatıdı. İlk çempionat 1993-cü ildə keçirilib. Bəzi mənbələrdə mövsümün 1993/94-cu illərdə keçirildiyi qeyd edilir. Ancaq fakt odur ki, ilk çempionat 1993-cü ilin payızında keçirilib. İndiyə qədər keçirilmiş çempionatların qaliblərini diqqətinizə çatdırırıq:
MÖVSÜM ÇEMPİON
1993 “Nicat” (Bakı)
1994/95 “Azadə”
1995/96 “Avtomobilçi”
1996/97 “Avtomobilçi”
1997/98 “Avtomobilçi”
1998/99 “Azərneftyanacağ”
1999/00 “Azərneftyanacağ”
2000/01 “Turan AIR”
2001/02 “Turan AIR”
2002/03 “Tribut”
2003/04 “Turan AIR”
2004/05 “Araz-Naxçıvan”
2005/06 “Araz-Naxçıvan”
2006/07 “Araz-Naxçıvan”
2007/08 “Araz-Naxçıvan”
2008/09 “Araz-Naxçıvan”
2009/10 “Araz-Naxçıvan”
2010/11 “Araz-Naxçıvan”
2011/12 “Araz-Naxçıvan”
2012/13 “Araz-Naxçıvan”
2013/14 “Araz-Naxçıvan”
2014/15 “Khazar Islands”
2015/16 “Araz-Naxçıvan”
2016/17 “Araz-Naxçıvan”
2017/18 “Araz-Naxçıvan”
2018/19 “Araz-Naxçıvan”
2019/20 “Araz-Naxçıvan”
2020/21 Çempionat keçirilməyib. İcraiyyə Komitəsinin qərarına əsasən, “Araz-Naxçıvan” ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edir.