Bu gün Olimpik Starda Birinci Liqanın III turunun 4 oyunu keçirilib. İlk oyunda fasiləyə qədər qapılara yol tapmaq mümkün olmayıb. İkinci hissədə PASO ik idəfə hesabda önə keçsə də, qələbəni “Yasamal” İSK bayram edib. İkinci oyunda gənclərdən ibarət “Baku Fire-2” ilk hissədə rəqib qapısından 3 cavabsız top keçirib. İkinci hissədə də eyni sayda qol vuran Teymur Eyvazovun yetirmələri iki dəfə meydanın mərkəzinə dəvət olunub. ADBTİA – Star karqo ilə oyunda maraqlı məqam ata və oğul – Rüfət və Tofiq Hüseynovların ikincilərin heyətində yer alması idi. Elə Tofiqin vurduğu birinci qolun ötürməsini də məhz atası vermişdi. Amma “idmançılar”ı ram etmək mümkün olmadı. Günün son duelində iddialı “Standard” “Zəngilan”a sensasiya etməyə imkan vermədi və böyükhesablı qələbə qazandı.
PASO – Yasamal İSK (0:0) 2:3
Dəstə Ordubad – Baku Fire-2 (0:3) 2:6
ADBTİA – Star Karqo (2:0) 4:2
Standard – Zəngilan (2:0) 9:0
Tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq. Oyunlar Olimpik Starda baş tutacaq.
Saat 19:45 Şuşa – Qarabağ – Füzuli
Hakimlər: Hüseyn Əsgərov, Kənan Məlikov, Şakir Quliyev
Hakim-inspektor: Ramiz Əsədov
Saat 20:45 Metropoliten – Ulduz
Hakimlər: Hacıəli Ağayev, Şakir Quliyev, Kənan Məlikov
Hakim-inspektor: Mehman Mahmudov
Saat 21:45 Alyans Qrup – Forza Neftçi
Hakimlər: Nahid Xasıyev, Hüseyn Əsgərov, Hacıəli Ağayev
Hakim-inspektor: Füzuli Nəcəfov