Bu gün keçirilmiş 3 oyunla Birinci Liqada III tura yekun vuruldu. Günə Qarabağ derbisi ilə start verildi. Daha geniş və təcrübəli futzalçılardan qurulmuş “Şuşa” oyunun gedişində hesabda geri düşsə də, yekunda qələbə qazanan tərəf oldu. “Metropoliten”lə oyunda isə “Ulduz”un ulduzu parıldamadı. Turun son oyunu da kifayət qədər gərgin keçdi. Zirvəyə iddialı iki komandanın duelində topa nəzarət edən tərəf “azarkeş qrupu” olsa da, ilk qolu “Alyans Qrup”dan Eldost Paşayev vurdu. Təzyiqi bir qədər də artıran “Forza Neftçi” Vüsal İsayevlə status-kvonu bərpa etdi. “Alyans Qrup” da rəqibini əks-hücumlarda yaxalamağa çalışırdı. Epizodların birində top dirəkdən geri döndü. İkinci hissədə İsayev növbəti qolunu vurdu. Cosqun Süleymanovun qolu isə cütün taleyini həll etdi.
Şuşa – Qarabağ – Füzuli (2:1) 8:3
Metropoliten – Ulduz (3:2) 5:4
Alyans Qrup – Forza Neftçi (1:1) 1:4