UEFA Çempionlar Liqasının əsas mərhələsindəki təmsilçimiz “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayır. Təmsilçimiz ilk oyunda Ukrayna çempionu “Uraqan”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Zədəli olduğuna görə İsaq Surğalı və Rizvan Fərzəliyev komandamıza kömək edə bilməyəcək. "Araz-Naxçıvan"ın itkiləri bununla yekunlaşmır. Hazırda komandanın düşərgəsində olan Xətai Bağırov da bu oyunda meydana çıxa bilməyəcək. O, ilkin mərhələnin "Raba" ilə keçirilən son görüşündə qırmızı vərəqə aldığına görə cəzalıdır.
Uraqan (Ukrayna) – Araz-Naxçıvan
28 oktyabr. İvano – Frankivsk. Saat 20:00
Hakimlər: Josip Barton (Şimali Makedoniya), Dejan Veseliç (Sloveniya), Kristiano Joze Kardoso Santos (Portuqaliya)
Time keeper: Denis Kutsi (Ukrayna)
Hakim-inspektor: Patrik Villemark (Belçika)
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya)