Birinci Liqada VI turun oyunlarına start verilib. Tur çərçivəsində 4 görüş baş tutub.
İlk oyunda PASO kasad heyətlə meydana çıxan “Baku Fire-2”dən güclü olub. Növbəti oyunda isə xallar yarı bölünüb. Matçın böyük hissəsini hesabda öndə keçirən “Zəngilan” üstünlüyünü sona qədər qoruya bilməyib. Ən çox qol vurulan duelin qalibi isə “Alyans Qrup” olub. Düzdür, görüşün gedişində “Metropoliten” hesabı 2 dəfə bərabrələşdirməyə yaxın olub, amma meydan sahibləri üstünlüyünü son 2 dəqiqədə artırıb. Günün son oyununda çempionluğa iddialı iki komanda üz-üzə gəlib. Gərgin keçən matçda hesabı “Forza Neftçi”dən Vüsal İsayev açıb. Fasiləyə də komandalar bu hesabla yollanıb.
İkinci hissədə də hesabı dəyişən İsayev oldu. Rəqibin səhvindən istifadə edən futzalçı qapıçı ilə dueldən də qalib ayrıldı. O, 22-ci dəqiqədə het-trik etməklə komandasının hesabdakı üstünlüyünü də 3 topa çatdırdı. 26-cı dəqiqədə Qərib İbrahimov qapıya gedən topu əli ilə çıxardığına görə qırmızı vərəqə aldı. Təyin olunmuş 6 metrlik zərbəni isə Əsgər dəqiq tamamladı. Sonrakı dəqiqədə İsayev özünün və komandasının 4-cü qolunu vurdu.
Baku Fire-2 – PASO 4:6
Star karqo - Zəngilan 4:4
Alyans Qrup – Metropoliten 13:9
Forza Neftçi – ADBTİA 4:1
Turun iki oyunu sabah, son qarşılaşması isə bazar günü keçiriləcək.
12 noyabr
Saat 19:45 Ulduz - Dəstə Ordubad
Hakimlər: Şakir Quliyev, Elmir Quluzadə, Anar Fərəcov
Hakim-inspektor: Azad Hüseynov
Saat 20:45 Qarabag-Füzuli – Standard
Hakimlər: Hikmət Qafarlı, Hüseyn Əsgərov, Vüsal Balaşov
Hakim-inspektor: Elçin Səmədli
14 noyabr
Saat 19:45 Yasamal İSK – Şuşa
Hakimlər: Elmir Quluzadə, Knyaz Əmiraslanov, Hüseyn Əsgərov
Hakim-inspektor: Mehman Mahmudov