...

Millinin üzvü Qazaxıstan klubunda


Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın hücumçusu Hadi Ahmadi karyerasını Qazaxıstan klubunda davam etdirəcək.

27 yaşlı futzalçı “Bayterek” klubu ilə anlaşıb. Forvard Uralsk təmsilçisi ilə gələn ilin mayına qədər anlaşıb.

Qeyd edək ki, “Bayterek” hazırda Qazaxıstan çempionatında 6-cı pillədə qərarlaşıb. Komanda dekabrın 11-də və 12-də “Kayrat”la qarşılaşacaq. Hadinin bu oyunlarda iştirak edəcəyi gözlənilir.