Bu gün Birinci Liqada X turun oyunlarına start verilib. Olimpik Starda 3 qarşılaşma baş tutub. Əvvəlcə lider “Forza Neftçi” autsayderlər sırasında yer alan “Baku Fire-2” ilə gücünü sınayıb. Böyükhesablı qələbə liderə mövqeyini möhkəmlətmək imkanı verib. İkinci oyun kifayət qədər gərgin keçib. “Metropoliten”in cəzalıları sıraya dönüb, “Dəstə Ordubad” isə ötüən turda “Alyans Qrup”u üzərindəki qələbədən ruhlanıb. Bu dəfə “metroçu”lar 3 xala sevinib. Günün son qarşılaşmasına “Yasamal” İSK ardıcıl qollarla başlasa da, üstünlüyünü matçın başa çatmasına 1 dəqiqə qalmış əldən verdi. Yekunda komandalar xalları yarı böldü.
Forza Neftçi – Baku Fire-2 12:4
Metropoliten – Dəstə Ordubad 4:3
Yasamal İSK – Zəngilan 5:5
Turun 4 oyunu sabah – dekabrın 10-da Bakı İdman Sarayında keçiriləcək.
Saat 18:30 STAR kargo – Ulduz
Hakimlər: Xəlil Xəlilov, Elmir Quluzadə, Elgün Hüseynov
Hakim-inspektor: Ramiz Əsədov
Saat 19:30 PASO – Qarabağ-Füzuli
Hakimlər: Rza Məmmədov, Kənan Məlikov, Vüsal Balaşov
Hakim-inspektor: Mehman Mahmudov
Saat 20:30 Alyans Qrup – Standard
Hakimlər: Əli Cəbrayılov, Elmir Quluzadə, Şakir Quliyev
Hakim-inspektor: Murad Məmmədov
Saat 21:30 Şuşa – ADBTİA
Hakimlər: Hikmət Qafarlı, Kənan Məlikov, Vüsal Balaşov
Hakim-inspektor: Azər Əsgərov