...

Favoritlər üçün itkisiz tur


Birinci Liqada XVII turun oyunları keçirilib. Olimpik Starda baş tutan turun ilk dueli başa çatmayıb. Belə ki, matçın ikinci hissəsində “Ulduz”un qapıçısı rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə, qırmızı vərəqə alaraq meydanı tərk etdi. Ehtiyat qapıçı olmadığına görə, hakimlər oyun qaydalarına uyğun olaraq matçı davam etdirmədilər. Nəticə ilə bağlı İntizam komitəsi qərar verəcək. Lider və izləyicisi turu böyükhesablı qələbə ilə yekunlaşdırıb. “Standard” da sürprizə imkan verməyib. “STAR kargo” “Dəstə Ordubad”ın müqavimətini son dəqiqədə qırıb. “Zəngilan” isə startda hesabda geri düşsə də, matçı 3 xalla yekunlaşdırıb.

Şuşa – Ulduz 3:2 (oyun başa çatmayıb)

ADBTİA – Qarabağ-Füzuli 8:1

Metropoliten – Forza Neftçi 4:11

Alyans Qrup – Yasamal İSK 5:1

Dəstə Ordubad – STAR kargo 5:7

Standard – Baku Fire-2  6:2

PASO – Zəngilan 3:8