...

Lider ən yaxın izləyicisindən üstün olub


Dünən və bu gün Birinci Liqada XIX turun oyunları keçirilib. Olimpik Starda əvvəlcə 31 mart –Azərbaycanlıların soyqırımı günü münasibəti ilə 1 dəqiqəlik sükut elan olunub. Daha sonra ilk görüşə start verilib. “Şuşa” cütün favoriti hesab edilsə də, qələbəni “Yasamal” qazanıb. “Dəstə Ordubad” da növbəti 3 xalını aktivinə yazdırıb. İddialılar qrupunda yer almağa çalışan “Alyans Qrup” orta pillələrdə qərarlaşan “Metropoliten”dən üstün olub. Qonşu pillələrdə qərarlaşan komandaların görüşündə isə “Baku Fire-2” sevinib. Turun mərkəzi oyununda lider “Forza Neftçi” ilə ADBTİA üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada fasiləyə qədər hesab açılmayıb. İkinci hissənin gedişində ADBTİA meydanda azlıqda qalsa da, “Forza Neftçi” 2 dəqiqə ərzində say üstünlüyündən istifadə edə bilməyib. Hesab isə 28-ci dəqiqədə açılıb. Standart vəziyyətin icrası zamanı Təmraz Əmircanov rəqib torunu silkələyib. Bundan sonra qapıçını meydan oyunçusu ilə əvəzləyən “idmançılar” növbəti qolu buraxıb. Mərkəzdə itirilən topu Raqif Eyvazov boş qapıdan keçirməklə qələbəni təmin edib. “Standard” isə “Qarabağ-Füzuli” üzərində asan qələbə qazanmaqla turnir cədvəlindəki mövqeyini də yaxşılaşdırmış olub. Son görüş isə “STAR kargo”nun çətin qələbəsi ilə yekunlaşıb.

 

Şuşa – Yasamal İSK  2:6

Dəstə Ordubad – Ulduz  6:3

Metropoliten – Alyans Qrup 5:8

PASO – Baku Fire-2  4:9

ADBTİA – Forza Neftçi 0:2

Standard – Qarabağ-Füzuli 10:3

Zəngilan – STAR kargo  3:4