...

“Xan-Lənkəran”dan fərqli qələbə


Bu gün İkinci Liqada XX turun oyunları keçirilib. İlk “3-lük”də yer alan komandalardan “Baku Fire-3” və “Rəvan” turu 3 xalla başa vurub. “Baker Tilly”də isə eniş davam edir. Komanda bu dəfə “Timsport”la bacarmayıb. Advokat – STAR kargo-2 dueli isə ikincilərin təyin olunan vaxtda meydana çıxmaması üzündən baş tutmayıb. Ən çox qol vuran “Xan-Lənkəran” olub. Onlar “Borçalı”nın qapısından 10 top keçirib. Rəqib isə buraxılan qollardan cəmi 2-nin əvəzini çıxıb. Turun son matçında isə xallar yarı bölünüb.

Bibi-Heybət – Rəvan 3:6

Xan-Lənkəran – Borçalı 10:2

Baku Fire-3 – Zülfüqar 4:1

Timsport – Baker Tilly 4:3

Dalğa – Hövsan 4:3

İSMA Baku – Atletiko Baku  3:3