Birinci Liqada XXI turun oyunları keçirilib. Hesablardan da göründüyü kimi, matçlar kifayət qədər gərginliyi ilə yadda qalıb. “Forza Neftçi” ən yaxın izləyicisi olan “Standard”la üz-üzə gəlib. Hər hissədə 2 qol vuran lider maksimum nəticə ilə yoluna davam edir. ADBTİA də turu yenilgi ilə qapayıb. Xüsusilə də qış fasiləsindən sonra inamlı çıxış edən “Alyans Qrup” bu dəfə “idmançılar”I üstələyib. “Qarabağ-Füzuli”nin uğurlu oyunlar seriyası davam edir. “Dəstə Ordubad” və “STAR kargo” da turu 3 xalla qapayıb. “Zəngilan” isə autsayderdən güclü olub. Turun son matçında "Metropoliten" qələbə qazanıb.
Baku Fire-2 – Qarabağ-Füzuli 4:8
STAR kargo – PASO 6:5
Dəstə Ordubad – Yasamal İSK 8:5
Zəngilan – Ulduz 4:3
ADBTİA – Alyans Qrup 1:5
Standard – Forza Neftçi 0:4
Şuşa - Metropoliten 6:8