...

22-ci tura yekun vurulub


Bu gün İkinci Liqada XXII turun oyunları keçirilib. Daha doğrusu, “Hövsan” təyin olunan vaxtda meydana çıxmadığı üçün “Advokat”la matç baş tutmayıb. Borçalı – STAR kargo-2 görüşü isə 07:25-ci dəqiqədə dayandırılıb. Buna səbəb “STAR kargo-2”nin qapıçısı zədələndiyinə görə həkimin meydana daxilolmasıdır. Belədə qaydalara uyğun olaraq, qapıçı meydanı tərk etməki, onu ehtiyat qolkiper əvəzləməlidir. Amma komandanın ikinci qapıçısı olmadığına görə, referilər qarşılaşmanı bərpa etməyib. Oyun dayanan zaman “Borçalı” rəqib qapısından 3 top keçirmişdi. “Baker Tilly” isə uzun faislədən sonra qələbə qazanıb. Əvəzində “3-lük”də yer alan “Rəvan” meydanı xalsız tərk edib. “Xan-Lənkəran”, “Bibi-Heybət” və “Atletiko Baku” da xal ehtiyatını zənginləşdirib.

Timsport – Xan-Lənkəran 1:4

Dalğa – Bibi-Heybət 1:2

İSMA Baku – Rəvan 4:3

Advokat – Hövsan (keçirilməyib)

Borçalı – STAR kargo-2 3:0 (oyun başa çatmayıb)

Baku Fire-3 – Atletiko Baku 0:3

Zülfüqar – Baker Tilly 4:6