Birinci Liqada XXIII turun oyunları keçirilib. “Baku Fire-2” ilə matçda qələbə qazanan lider “Forza Neftçi” sona 3 tur qalmış çempionluğu təmin edib. Düzdür, riyazi baxımdan “Standard” xalları bərabərləşdirə bilər. Amma şəxsi oyunlarda qazandığı uğur “Forza Neftçi”ni əlçatmaz edib. Son turlarda qələbələr qazanan “Dəstə Ordubad” isə “Metropoliten”lə dueldə yenigi ilə barışıb. ADBTİA gümüş medal iddiasını davam etdirir. “İdmançılar” bu dəfə “Şuşa”dan güclü olub. “Qarabağ-Füzuli” də turu 3 xalla başa vurub. Turun ən fərqli qələbəsini isə “STAR kargo” qazanıb. Turun mərkəzi oyunu hesab edilən “Standard” – “Alyans Qrup” dueli ölkə kubokunun finalçısı üçün uğursuz yekunlaşıb. “Zəngilan” isə XXIII turun son qələbəsinin sahibidir.
Baku Fire-2 – Forza Neftçi 3:5
Dəstə Ordubad – Metropoliten 5:8
ADBTİA – Şuşa 5:1
Qarabağ-Füzuli – PASO 6:3
Ulduz – STAR kargo 3:19
Standard – Alyans Qrup 4:1
Zəngilan – Yasamal İSK 5:3