...

Mükafatlandırma mərasimi keçirilib


Yüksək Liqada final matçından sonra komandaların mükafatlandırılması mərasimi keçirilib. CBC Sport kanalı vasitəsilə canlı yayımlanan mərasimdə mükafatları komandalara AFFA-nın baş katibi Sərxan Hacıyev, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov təqdim ediblər.

Əvvəlcə final matçının hakimlərinə – Knyaz Əmiraslanov, Ziya Nəsirov, Rza Məmmədov, eləcə də hakim-inspektor Füzuli Nəcəfov – diplomlar təqdim olunub.

Ardınca müxtəlif nominasiyalar üzrə fərqlənənlərə fəxri kürsüyə dəvət olunub. Ən yaxşı qapıçı Emin Kürdov (EKOL), ən yaxşı oyunçu Rizvan Fərzəliyev (Araz-Naxçıvan), ən yaxşı məşqçi isə Elşad Quliyev (Neftçi İK) seçilib. Mövsüm ərzində 46 qol vuran Maneka bombardir olub. Gənc qapıçıların yetişdirilməsi və milli komandalara qazandırılması istiqamətindəki fəaliyyətinə görə məşqçi Ağakərim Həsənova təşəkkürnamə verilib.

Daha sonra “Neftçi” İK-ə bürünc, EKOL-a gümüş, “Araz-Naxçıvana” qızıl medallar təqdim olunub. Sonda “Araz-Naxçıvan”ın kapitanı Rizvan Fərzəliyevə çempionluq kuboku verilib.