Birinci Liqada mövsümün sonuncu - XXVI turunun oyunları keçirilib. “Yasamal” İSK – “Qarabağ Füzuli” görüşü birincilər gəlmədiyinə görə baş tutmayıb. Oyunun nəticəsi barədə İntizam Komitəsi qərar verəcək. Son turda ən çox qol sevinci yaşayan “Baku Fire-2” oldu. PASO, “Şuşa”, “Alyans Qrup” və “Şuşa” da mövsümü müsbət majorla tamamladı.
Çempion “Forza Neftçi” mövsümü xal itkisi olmadan başa vurdu. “Ulduz”la oyunda daha 3 qol vuran Vüsal İsayev isə liqanın ən məhsuldar oyunçusu oldu. Tura mərkəzi matçla yekun vuruldu. Gümüş medalın taleyini həll edən son qarşılaşmada hesabı “Standard” açdı. 11-ci dəqiqədə Emin Cəbrayılov status-kvonu bərpa etməklə aktivindəki qolların satını 67-yə çatdırdı. İkinci hissədə Cəbrayılov növbəti qolunu vurmaqla komandasını hesabda önə keçirdi. Amanov 10 metrlik zərbəni dəqiq yerinə yetirməklə yenidən hesaba tarazlıq gətirdi. Amma matçın başa çatmasına 52 saniyə qalmış Şöhrət Yusifov cərimə zərbəsini birbaşa qapıya vurmaqla komandasına yenidən üstünlük qazandırdı. Oyunun bu hesabla bitəcəyi düşünülərkən, finişə 29 saniyə qalmış bu dəfə Anar Həsənov tablodakı rəqəbmləri bərabərləşdirdi. Beləliklə heç-heçə başa çatan duel “Standard”a gümüş medal qazandırdı.
Daha sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə iştirakçı komandalara təşəkkürnamələr verilib. Rəqib qapılarından 78 top keçirən “Forza Neftçi”nin kapitanı Vüsal İsayev mövsümün bombardiri olub. Ən yaxşı qapıçı “Standard”ın qolkiperi İlqar Rzayev, ən yaxşı oyunçu isə “Forza Neftçi”dən Qərib İbrahimov, ən yaxşı baş məşqçi isə Namiq Quliyev seçilib. “Baku Fire-2”nin baş məşqçisi Teymur Eyvazova gənc futzalçıları yetişdirdiyinə və milli komandaya qazandırdığına görə xüsusi mükafat, ADBTİA-yə bürünc, “Standard”a gümüş, “Forza Neftçi”yə isə qızıl medal qazanıb. Komandalara medallar və diplomlar, qalib komandaya isə kubok təqdim olunub.
Alyans Qrup – STAR kargo 5:2
Şuşa – Zəngilan 6:2
Dəstə Ordubad – PASO 1:8
Metropoliten – Baku Fire-2 3:14
Forza Neftçi – Ulduz 7:2
Standard – ADBTİA 3:3