Bu gün İkinci Liqada XXVI turun oyunları keçirilib. “Atletiko Baku”, “Timsport”, “Baku Fire-3”, “Rəvan” və “Advokat” komandaları mövsümü qələbə ilə başa vurub. “Borçalı” – “Bibi-Heybət” dueli isə birincilərin təyin olunan vaxtda meydana çıxmaması üzündən baş tutmayıb. “Hövsan” yarışdan kənarlaşdırıldığına görə, “Xan-Lənkəran” 3 xal qazanıb.
Turun sonuncu - “Advokat” – “İSMA Baku” oyunundan sonra isə mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə iştirakçı komandalara təşəkkürnamələr verilib. Rəqib qapılarından 43 top keçirən “Advokat”ın hücumçusu Nurəli Əsədov mövsümün bombardiri olub. Ən yaxşı qapıçı “Baku Fire-3”ın qolkiperi Ümid Paşayev, ən yaxşı oyunçu isə “Rəvan”dan Ülvi Əliyev, ən yaxşı baş məşqçi isə “Advokat”ın çalışdırıcısı Fuad Rzayev seçilib. “Baku Fire-3”ə bürünc, “Rəvan”a gümüş, “Advokat”a isə qızıl medal , mükafatçılara diplomlar, qalib komandaya isə kubok təqdim olunub.
Atletiko Baku – Zülfüqar 8:5
STAR kargo-2 – Timsport 2:7
Baku Fire-3 – Dalğa 8:1
Baker Tilly – Rəvan 0:5
Advokat – İSMA Baku 2:5
Xan-Lənkəran – Hövsan 5:0