Azərbaycan kubokunun son qalibi “Neftçi” İK mövsümöncəsi heyətini gücləndirməyə davam edir.
Bir müddət əvvəl Emin Kürdovla anlaşan Yüksək Liqa təmsilçisi ötən mövsümü EKOL-da keçirmiş Namiq Məmmədkərimov və Rüstəm Bağırovla, çimrəlik millisində də çıxış edən Asif Zeynalovla, eləcə də U-19-da çıxış etmiş Məhəmməd Abbasov və Mirzə Əmirovla ortaq məxrəcə gəlib.
Qeyd edək ki, komandaya baş məşqçi Hacıbala Abdullazadə təyin olunub.