...

İlk oyunda məğlubiyyət


Əvvəlcədən də millimizin səfər ciddi itkilərlə yollanması barədə məlumat vermişdik. Oyuna marağı artıran bir neçə məqam var idi. Baton bir həftə əvvəl müqavilə imzaladığı “Kaspiy” klubuna məxsus arenada meydana çıxmışdı. Vilela isə həm də “Kayrat”da çalışan baş məşqçisinə və bir neçə komanda yoldaşına qarşı oynayırdı. Onu da qeyd edək ki, Qazaxıstan millisinin ilk dəfə oyun keçirdiyi Halyk Arenada anşlaq idi – 1300 tamaşaçı. Yeri gəlmişkən, oyundan əvvəl Azərbaycanın Aktaudakı Baş konsulu Elmar Məmmədov da komanda üzvləri ilə görüşdü, uğurlar arzuladı. Matçı isə konsulluğun əməkdaşları ilə birgə izlədi.   Hesab 7-ci dəqiqədə açıldı. Vilelanın qapıya paralel ötürməsini Çovdarov rəqib qapısından keçirməklə zalı sükuta qərq etdi. Buna qədər Kürdov 2 epizodda rəqibin fərqlənməsinə imkan verməmişdi. 12-ci dəqiqədə millimiz ikinci dəfə fərqləndi. Bu dəfə Eminin əllə Vileleya ötürməsini sonuncu tora qovuşdurdu. İki dəqiqə sonra Edison fərqi minimuma endirdi. Üstünlüyünü davam etdirən futzalçılarımız 16-cı dəfə yenidən rəqib torunu silkələdi. Bu dəfə Qalonun assistenlik etdiyi hücumu Çovdarov tamamladı komandamız fasiləyə hesabda üstün yollandı. Birinci hissədə kifayət qədər güc itirən futzalçılarımız fasilədən sonra daha çox hesabı qorumağa çalışdı. Amma 33-cü dəqiqəyə qədər buna nail olduq. Edison sol cinahdan sıyrılıb qapıya yol tapmağı bacardı. 2 dəqiqə sonra künc nöqtəsindən top oyun daxil edilən zaman cərimə meydançasında Felipinyonun əlinə dəydi. Duqlas təyin olunan 6 metrlik zərbəni dəqiq yerinə yetirməklə oyunda ilk dəfə status-kvonu bərpa etdi. Sona 3 dəqiqə qalmış Emin Taynanın zərbəsini dəf etsə də, Albert Akbalıkov hücumun davamında qol vurdu. Bundan sonra Alesio ənənsinə sadiq qalaraq qapıçını meydan oyunçusu ilə əvəzlədi. Çovdarov bu vəzifəni yerinə yetirdi. Qapının boş olması meydan sahiblərinin işinə yaradı. Edson het-trik etməklə komandası adına qələbəni də təmin etdi.

Qazaxıstan – Azərbaycan (1:3) 5:3

19 sentyabr. Aktau, Halyk Arena. Saat 19:00

Hakimlər: Talqat Kosmukhambetov, Turekhan Tursumbayev, Roman Dzusov

Qollar: Edson, 12:38, 32:27, 39:07, Duqlas, 34:36, Albert Akbalıkov, 37:49  // Ramiz Çovdarov, 6:06, 15:28, Vilela, 11:04

Sarı vərəqə: Vilela, 27:11

 

Qazaxıstan

16. Nuran Şarifov (q), 14. Duqlas, 5. Dayren Nurqojin, 3. Taynan, 9. Albert Akbalıkov, 1. Akjol Kayratuli (q), 10. Çıngiz Esenamanov (k), 4. Edson, 13. Juma Rayımbek, 12. Dayren Tursaqulov, 11. Arnold, 15. Yevgeni Koşkin, 20. Raşit Jahanger, 7. Azat Valiullin

 

Azərbaycan
1. Emin Kürdov (q), 6. Eduardo Borges (k), 9. Rafael Vilela, 13. Everton Kardosa, 17. Felipinyo, 1. Rövşən Hüseynli (q), 2. Fərid Ələkbərov, 5. Oktay Rüstəmli, 7. Ramiz Çovdarov, 10. Xəzər Ağalızadə, 16. Cezar De Angelis Zhonatan “Baton”, 20. Nurlan Mehdizadə