...

İkinci Liqada mövsümə start verildi


Bu gün İkinci Liqada 2022-23-cü il mövsümünə start verildi. Mövsümün açılışı ilə əlaqədar olaraq “Olimpik Star”da əvvəlcə dövlət himni səsləndirildi. Ardınca iki debütant komanda üz-üzə gəldi. İlk qələbəni “Çinar Zəngilan” qazandı, mövsümdə ilk qolu isə Fuad Mürşüdov vurdu. İlk sarı vərəqə də “Çinar Zəngilan”ın üzvü Fabian Zittlauya göstərildi. Son çempion da turu qələbə ilə başa vurdu. Ötən mövsümün iki mükafatçısının qarşılaşmasında isə cəmi 3 qol vuruldu, 3 xalı “Rəvan” aktivinə yazdırdı. “Xan Lənkəran” isə İkinci Liqada debüt edən “Metropoliten”dən güclü oldu. Turun son qələbəsini “Zəngilan” qazandı.

Çinar Zəngilan – Flaqman 6:2

Dalğa – Advotak 3:7

Rəvan – Baku Fire-3 2:1

Metropoliten – Xan-Lənkəran  4:7

Timsport – Zəngilan 3:5