...

Lider dəyişdi, derbidə “sülh”


Bu gün İkinci Liqada IV turun oyunları keçirilib. İlk matçda “Baku Fire-3” rəqib qapısından 10 cavabsız top keçirib. “Rəvan” isə ən çox qol vuran komanda olub. “Metropoliten” isə “Dalğa” ilə dueldə mövsümdə ilk qələbəsini qazanıb. Mərkəzi matçda turnir cədvəlinin ilk “3-lüy”ündə qərarlaşan komandalar qarşılaşıb. Son çempion və lider “Advokat” məğlubiyyətlə barışmalı olub. Bu nəticə “Rəvan”ın işinə yarıyıb. “Xan-Lənkəran” isə bir pillə irəliləyərək ikinci sırada qərarlaşıb. Tura Zəngilan derbisi ilə yekun vurulub. Komandalar heç-heçə ilə kifayətlənib.

Baku Fire-3 – Flaqman 10:0

Timsport – Rəvan 1:13

Dalğa – Metropoliten 3:9

Advokat – Xan-Lənkəran  1:4

Zəngilan – Çinar-Zəngilan 3:3