Bu gün Birinci Liqada V turun 2 oyunu keçirilib. Açılış matçında “Şamaxı” qələbə qazanıb. Oyunun gedişində VİFLY hesaba tarazlıq gətirsə də, Vüsal İsayev ardıcıl qollar vurmaqla qələbədə əsas pay sahibi olub. Digər matç daha gərgin keçib. Eyni xala malik MUM-la “Alyans Qrup”un duelində hesabı nominal qonaqlar açıb. Vüqar Rəhimovun qoluna MUM ikinci hissədə Elvin Əlizadə ilə cavab verdi. Amma təcrübəli futzalçılardan qurulan “Alyans Qrup” yenidən hesabı lehinə çevirməyi bacardı. Tofiq Mikayılov rəqib torunu silkələyən oyunçu oldu. Növbəti qol isə Eşqin Tağıyevin adına yazıldı.
VİFLY – Şamaxı 4:7
MUM – Alyans Qrup 1:3
Turun qalan oyunu noyabrın 11-də keçiriləcək. Bakı İdman Sarayında azarkeşlər bu matçları izləyə biləcəklər.
Saat 19:30 U-17 – Şuşa
Hakimlər: Elgün Hüseynov, Vüsal Balaşov, Məmmədəli Kərimov
Hakim-inspektor: Azad Hüseynov
Saat 20:30 ADBTİA – STAR kargo
Hakimlər: Ziya Nəsirov, Kənan Məlikov, Şakir Quliyev
Hakim-inspektor: Elçin Səmədli
Saat 21:30 Dəstə Ordubad – Baku Fire-2
Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Vüsal Balaşov
Hakim-inspektor: Ramiz Əsədov