...

“Baku Fire-3” fərqin artmasına imkan vermədi


Bu gün İkinci Liqada VI turun oyunları keçirilib. Bakı İdman Sarayında ilk qələbəni “Dalğa” qazanıb. Bu, komandanın həm də mövsümdə ilk 3 xal qazandığı matçdır. Lider də fərqli qələbəyə sevinib. “Timsport” isə turnir cədvəlinin orta pilləsində qərarlaşan rəqibindən üstün olub. Növbəti oyunda eyni xal ehtiyatına malik olan və üst sıralara iddialı komandalar üz-üzə gəlib. Ötən matçda yenilən “Xan-Lənkəran” bu dəfə rəqibindən üstün olub . Mərkəzi oyunda isə son çempionla bürünc medalçı üz-üzə gəlib. Cari mövsümdə artıq 2 yenilgisi olan “vəkillər” bu dəfə də məğlubiyyətdən qaça bilməyib. “Baku Fire-3” isə liderlə xal fərqinin artmasına imkan verməyib.

Dalğa – Flaqman  13:4

Rəvan – Metropoliten 10:5

Timsport – Çinar-Zəngilan 5:3

Zəngilan – Xan-Lənkəran 5:7

Advokat – Baku Fire-3 1:5