...

“Rəvan” fasiləyə lider yollandı


Bu gün İkinci Liqada I dövrənin sonuncu – IX turunun oyunları keçirilib. İlk matçdan əvvəl Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turun ilk iki oyununda eyni sayda qol vurulub. “Metropoliten” və “Zəngilan” hərəyə 6 qol vurmaqla qələbə qazanıb. Liderlər qrupunda yer alan “Baku Fire-3” “Timsport”u çətinliklə məğlub edib. Günün son matçında lider “Rəvan” ilk “3-lük”də yer alan “Xan-Lənkəran”la üz-üzə gəlib. Matça daha yaxşı başlayan lider ardıcıl 3 qol vursa da, nominal qonaqlar status-kvonu bərpa etməyi bacarıb. İkinci hissədə də ssenari təkrarlandı. Bu dəfə 4 top fərqi ilə üstünlük qazanan “Rəvan” “ağ-yaşıllar”ın ardıcıl fərqlənməsinə mane ola bilməyib. Beləliklə gərgin keçə oyunda xalları yarı bölünüb. “Rəvan” cari mövsümdə ilk dəfə xal itirsə də, qış fasiləsinə zirvədə yollanıb.

 “Siciliya Vəkillər Kuboku-2022”də iştirak edən “Advokat” komandasının müraciəti əsasında “Çinar-Zəngilan”la qarşılaşma qeyri-müəyyən vaxta təxirə salınıb.

 

Flaqman – Metropoliten 3:6

Zəngilan – Dalğa 6:3

Baku Fire-3 – Timsport 2:0

Xan-Lənkəran – Rəvan 7:7