Bu gün İkinci Liqada IX turdan təxirə salınmış oyun keçirilib.
“Çinar-Zəngilan” – “Advokat” matçıdan əvvəl ötən həftə avtomobil qəzası zamanı həyatını itirmiş idman jurnalisti Elvin Rüstəmovun əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Görüşə gəldikdə, birinci hissədə nominal meydan sahibləri 2 top fərqi ilə önə keçsə də, “vəkillər” status-kvonu bərpa etməyi bacarıb. Beləliklə 2022-ci ilin son futzal qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.