DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 3-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan –Yunanıstan oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri fevralın 27-dək qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı;
Şəxsiyyət vəsiqəsinin surəti (skaner olunmuş);
Təmsil etdiyi KİV;
Vəzifəsi;
3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil.
Yuxarıda qeyd olunanlar fevralın 27-nə qədər ipr@affa.az ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və ipr@affa.az ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.