Birinci Liqada XI turun oyunlarına start verilib. Əvvəlcə Türkiyədə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişən insanların xatirəsi anılıb. Ardınca iki iddialı komanda üz-üzə gəlib. “Şamaxı” fasiləyə hesabda məğlub yollansa da, ikinci hissədə əzmkar qələbə qazanmağı bacarıb. MUM-la “Şuşa”nın dueli də gərgin keçirb. Minimalhesablı qələbə MUM-a dördüncü pilləyə yüksəlmək imkanı yaradıb.
ADBTİA – Şamaxı 1:3
MUM – Şuşa 4:3
Turun qalan 3 oyunu sabah – fevralın 10-da Olimpik Star-da keçiriləcək.
Saat 20:15 Dəstə Ordubad – U-17
Hakimlər: Məmmədəli Kərimov, Xəlil Xəlilov, Hidayət Feyzullayev
Hakim-inspektor: Murad Məmmədov
Saat 21:15 Alyans Qrup – Baku Fire-2
Hakimlər: Rza Məmmədov, Əli Cəbrayılov, Şakir Quliyev
Hakim-inspektor: Elçin Səmədli
Saat 22:15 VİFLY – STAR kargo
Hakimlər: Elgün Hüseynov, Ramil Namazov, Hidayət Feyzullayev
Hakim-inspektor: Mehman Mahmudov