...

“Baku Fire-2” yenə əsas rəqibinə 3 qol vurdu


Birinci Liqada XI turun 3 oyunu keçirilib. “Dəstə Ordubad” mövsümdə üçüncü qələbəsini qazanıb. Günün mərkəzi oyununda isə liderlə eyni xala malik “Baku Fire-2” və onlardan cəmi 1 xal az toplamış, üçüncü pillədə qərarlaşan “Alyans Qrup” qarşılaşıb. Birinci dövrədə olduğu kimi, “Baku Fire-2” budəfədə rəqib qapısından 3 top keçirib. Əvvəlki dueldə “Alyans Qrup” 2 qol vurmağı bacarmışdısa, bu dəfə rəqib qapıçısı keçilməz olub. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların duelini isə VİFLY qazanıb.

Dəstə Ordubad – U-17  5:2

Alyans Qrup – Baku Fire-2 0:3

VİFLY – STAR kargo 4:3