İkinci Liqada XI turun oyunları keçirilib. Olimpik Starda bütün oyunlarda start fitindən əvvəl Türkiyədə baş vermiş zəlzələ zamanı həyatını itirmiş insanların xatirəsini anmaq üçün bir dəqiqəlik sükut elan edilib.
Oyunlara gəldikdə, son çempion 3 turdan sonra qələbə qazandı. Lider və ən yaxın izləyicisi də aktivinə növbəti 3 xalı yazdırdı. “İlk 3-lüy”ü qapayan məğlubiyyətlə barışdı. Matçın gedişində “Xan-Lənkəran” bir neçə dəfə hesabı bərabərləşdirməklə yanaşı, hesabı xeyrinə də dəyişməyi bacardı. Amma sona 25 saniyə qalmış “Çinar-Zəngilan” qələbə topunu rəqib qapısından keçirdi. Turun son qələbəsini “Dalğa” qazandı.
Flaqman – Advokat 2:4
Metropoliten – Baku Fire-3 2:10
Rəvan – Zəngilan 9:5
Çinar-Zəngilan – Xan-Lənkəran 10:9
Timsport – Dalğa 3:5