İkinci Liqada XIII turun oyunları keçirilib. Turun açılış matçından əvvəl 5 mart – Bədən tərbiyəsi və İdman günü münasibəti ilə əlaqədar federasiya rəhbərliyinin təbrikləri çatdırılıb. Ardınca oyunlara start verilib. “Xan-Lənkəran” bir neçə uğursuz oyununn ardından qələbə qazanıb. Autsayder isə ikinci pillədə yer alan rəqibinə cəmi 1 topla yenilib. Zəngilan derbisini daha təcrübəli heyətə malik “Zəngilan” qazanıb. “Dalğa” da turu 3 xalla qapayıb. Turun yeganə böyükhesablı qələbəsini isə lider aktivinə yazdırıb.
Xan-Lənkəran – Advokat 4:2
Flaqman – Baku Fire-3 3:4
Çinar-Zəngilan – Zəngilan 5:7
Metropoliten – Dalğa 3:6
Rəvan – Timsport 10:1