...

Ötən mövsümün mükafatçıları “sülh” bağladı


İkinci Liqada XV turun oyunları keçirilib. Olimpik Starda ilk qələbəni “Dalğa” qazanıb. Bu qələbə sayəsində komanda turnir cədvəlində bir pillə irəliləyib. Lider “Rəvan” da turu xal itirmədən başa vurub. Mərkəzi oyunda isə “Xan-Lənkəran”la “Zəngilan” üz-üzə gəlib. Gərgin keçən matçda qələbəni nominal meydan sahibləri qazanıb. Bu 3 xal sayəsində əyalət təmsilçisi üçüncü pillədəki yerini bir qədər möhkəmlədib. Orta pillələrdə yer alan “Çinar-Zəngilan” böyükhesablı qələbəyə sevinib. Turun son matçı daha gərgin keçib. Ötən mövsümün qalibi “Advokat” liderlər qrupunda yer alan “Baku Fire-3”lə xalları yarı bölüb.

Flaqman – Dalğa 4:5

Metropoliten – Rəvan 7:9

Xan-Lənkəran – Zəngilan 5:3

Çinar-Zəngilan – Timsport 13:6

Baku Fire-3 – Advokat 2:2