...

Son vəsiqəni “Advokat” qazandı


Bu gün İkinci Liqada keçirilmiş 4 oyunla əsas mərhələyə yekun vurulub. Əslində oyunların sayı 5 olmalı idi. “Advokat” – “Çinar-Zəngilan” matçı ikincilərin təyin oyunan vaxtda meydana çıxmaması üzündən baş tutmayıb. Nəticə barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək. Maraqlı məqam odur ki, “Advokat”ın ən yaxın izləyicisi olan “Zəngilan” da turu məğlubiyyətlə qapayıb və İntizam Komitəsinin qərarından asılı olmayaraq, “vəkillər” pley-off mərhələsinə vəsiqə qazanıb. Beləliklə, finala gedən yolda lider “Rəvan” ötən mövsümün qalibi “Advokat”la, “Baku Fire-3” isə “Xan-Lənkəran”la üz-üzə gələcək. Digər komandalar üçün isə mövsüm başa çatıb.

Timsport – Baku Fire-3 2:8

Dalğa – Zəngilan 5:4

Rəvan – Xan-Lənkəran 6:4

Metropoliten – Flaqman 4:8