...

"Neftçi" İK finalda!


Bu gün Yüksək Liqada pley-off mərhələsinin üçüncü turunun oyunu keçirilib. Əvvəlki iki oyunda hərəyə bir qələbə qazanan tərəflərdən bu dəfə üstün olanı final, məğlub tərəfə isə 3-cü yer uğrunda matçda iştirak edəcəkdi.

Heyətlərə gəldikdə, cəmi bir dəyişiklik var idi. Ötən oyunda iştirak etməyən Sezar Auqusto bu dəfə meydandakı yerini tutmuşdu. Birinci hissənin ilk 10 dəqiqəsində tərəflər ehtiyatlı oyuna üstünlük verdisə, üzü fasiləyə doğru canlanma yarandı. Hər iki komanda sükutu pozmaq imkanı qazandı, amma qapıçıların səhvsiz oyunu “sülh”ü qorudu. İkinci hissəyə “Neftçi” ardıcıl qollarla başladı. Əvvəlcə Ülvi, 1 dəqiqə sonra Nurlan rəqib torunu silkələməklə komandasına vacib üstünlük qazandırdılar. Tədricən qolların şokundan ayılan “Baku Fire” Pouria Qolşani ilə fərqi minimuma endirdi. İranlı legioner 30-cü və 31-ci dəqiqələrdə də fərqləndi və məğlub durumda olan komandasını hesabda önə keçirdi. Di gəl, bu üstünlük cəmi 27 saniyə çəkdi. “Time-out”dan geri dönən və qapıçını meydan oyunçusu ilə əvəzləyən Hacıbala Abdullazadənin drujinası yenidən status-kvonu bərpa etdi. Tarazlığı növbəti dəfə təcrübəli Namiq Məmmədkərimov pozdu. 36-cı dəqiqədə Nurlan künc nöqtəsindən ötürməni ünvana dəqiq çatdırmaqla fərqi 2 topa yüksəltdi. Bundan sonra “Baku Fire” qapıçını meydan oyunçusu ilə əvəzlədi. Amma bu addım rəqibin işinə yaradı. Beləliklə 6:3 hesabı ilə qələbə qazanan “Neftçi” İK finala adladı.

 

“Baku Fire” – “Neftçi” İK  (0:0) 3:6

Pley-off-dakı oyunlar: 3:2, 3:4

11 may. Bakı İdman Sarayı. Saat 13:30

Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Hikmət Qafarlı

Hakim-inspektor: Ramiz Əsədov

Qollar: Pouria Qolşani, 27:19, 29:19, 31:00 // Ülvi Əliyev, 21:44, Nurlan Mehdizadə, 22:49, 35:14, Hasan Ali Jafari, 31:27, Namiq Məmmədkərimov, 34:00, 37:54

Sarı vərəqələr: Soruş Heydari, 9:04, Murad Quluzadə, 29:19 // Rüfət Balakişiyev, 15:00, Namiq Məmmədkərimov, 18:54, Nurlan Mehdizadə, 22:29, Behzad Hassanzade, 29:32, Anar Məmmədov, 38:19

Qırmızı vərəqə: Kamran Hacıyev, 38:19

 

Baku Fire

4. Elvin Quliyev (k), 12. Kamran Hacıyev (q), 10. Oktay Rüstəmli, 11. İaqo Henrique, 15. Pouria Qolşani, 1. Elnur Zamanov (q), 3. Oruc Baxşəlizadə, 7. Faiq Əliyev, 9. Murad Quluzadə, 13. Leonardo, 19. Tofiq Əliyev, 21. Soruş Heydari, 22. Kənan Manafov, 51. Sezar Auqusto

Baş məşqçi: Teymur Eyvazov

 

Neftçi İK

12. Anar Məmmədov (q), 3. Fərid Atakişiyev, 9. Nurlan Mehdizadə, 7. Hasan Ali Jafari, 94. Ali Mikaili, 1. Samir Mehdiyev (q), 5. Behzad Hassanzade, 6. Mirzə Əmirov, 8. Ülvi Əliyev, 10. Rüfət Balakişiyev (k), 11. Namiq Məmmədkərimov, 13. Əjdər Əjdərov, 16. Zaur Sultanov (q), 17. Asif Zeynalov

Baş məşqçi: Hacıbala Abdullazadə