...

Bu gün Yüksək Liqada FİNALdır


Bu gün Yüksək Liqada final və 3-cü yer uğrunda oyunlar keçiriləcək. Əvvəlcə bürünc medalçının adına aydınlıq gətiriləcək. Daha sonra isə CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq matçda çempionun adı məlum olacaq. Cəzalı olduğuna görə, Nurlan Mehdizadə və Rüfət Balakişiyev meydana çıxa bilməyəcək. "Araz-Naxçıvan" - "Neftçi" İK finalından sonra mükafatlandırma mərasimi olacaq.

 

Baku Fire – Record club

15 may. Bakı İdman Sarayı. Saat 16:00

Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, Ziya Nəsirov

Hakim-inspektor: Elçin Səmədli

 

Araz-Naxçıvan – Neftçi İK

15 may. Bakı İdman Sarayı. Saat 18:30

Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Əli Cəbrayılov

Hakim-inspektor: Murad Məmmədov