...

Birinci Liqada mövsümün son matçı


Birinci Liqada mövsümə mayın 18-də yekun vurulacaq.

Həmin gün keçiriləcək final oyununda “Şamaxı” və MUM komandaları qarşılaşacaq. Saat 14:00-da Bakı İdman Sarayında keçiriləcək görüş CBC Sport kanalı ilə canlı yayımlanacaq. Bir gün əvvəl – mayın 17-də isə bürünc medalçının adına aydınlıq gətiriləcək. Saat 20:00-da keçiriləcək matçda “Baku Fire-2” və ADBTİA üz-üzə gələcək. Qarşılaşma Bakı İdman Sarayında keçiriləcək.