Bu gün İkinci Liqada 2022-2023-cü il mövsümünə yekun vurulub. Əvvəlcə 3-cü yer uğrunda oyun keçirilib. Qarşılıqlı qolların vurulduğu matçda “Baku Fire-3” minimalhesablı qələbə qazanıb və bürünc medala sahib olub. Həlledici görüş isə daha gərgin keçib. Təxminən 350 azarkeşin izlədiyi final matçında “Rəvan” fasiləyə qədər 3 cavabsız qol vurub. Bu azmış kimi, nominal qonaqların qapıçısı Aydın Bəyişli də kobud oyuna görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. İkinci hissə başlayan kimi “Xan-Lənkəran” fərqi minimum endirib. İntriqa sona qədər davam etsə də, rəqibi üstələmək mümkün olmayıb “Rəvan” qələbə qazanıb.
Bakı Fire-3 – Advokat 3:2
Rəvan – Xan-Lənkəran 5:4