Final oyundan sonra mükafatlandırma mərasimi keçirilib.
“Baku Fire-3” komandasına bürünc, “Xan-Lənkəran”a gümüş medallar verilib. Liqanın qalibi olmuş “Rəvan” komandasına qızıl medallar və kubok təqdim olunub.
Mövsümün bombardiri “Rəvan”ın hücumçusu Eyvaz Tağıyev olub. Forvard mövsüm ərzində 42 qol vurub. Aydın Bəyişli (“Xan-Lənkəran”) ən yaxşı qapıçı, Təmkin Xəlilzadə (“Rəvan”) ən yaxşı oyunçu, Hüseynağa Hüseynov (“Baku Fire-3”) isə ən yaxşı baş məşqçi seçilib. Final oyununu idarə etmiş hakimlərə diplomlar təqdim olunub.