...

“Araz-Naxçıvan”da yeni təyinat


17 qat Azərbaycan çempionu və yeni mövsümdə növbəti dəfə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan”da baş məşqçi vəzifəsinə yeni təyinat reallaşıb. Mayın 31-də müqaviləsi başa çatan Joze Alesio Da Silva və onun köməkçisi Cordan Silva ilə müqavilə yenilənməyib. Baş məşqçi postuna Vitali Borisov təyin olunub. Ona serb mütəxəssislər - Predraq Rayiç və qapıçı-məşqçi Zoran Rakiçeviç kömək edəcək. P.Raiç bir müddət EKOL komandasında çıxış edib və baş məşqçi kimi fəaliyyət göstərib. Hər 3 məşqçi ilə anlaşma 1 il müddətinədir. Qeyd edək ki, Vitali Borisov Azərbaycan millisinin, eləcə də “Araz-Naxçıvan”ın heyətində çıxış edib, kapitan sarğısını daşıyıb. O, futzalçı kimi müxtəlif illərdə Rusiya və Serbiya klublarında da legioner həyatı yaşayıb. Məşqçi kimi isə 2 il əvvəl “Neftçi” İK-da fəaliyyət göstərib. O, komandada köməkçi-məşqçi vəzifəsini icra edib. 2021-2022-ci il mövsümündə “Neftçi” İK Yüksək Liqanın bürünc medalını qazanıb, Azərbaycan kubokunun qalibi olub.

Vitali Borisov, 5 iyul 1982-ci ildə Bakıda anadan olub.

Futzalçı kimi heyətində çıxış etdiyi klublar:

Anqloil – 2000-ci il

Tribut – 2001-2003

Araz-Naxçıvan – 2004-2005

Azfarma – 2005-2006

Araz-Naxçıvan – 2006-2008

Dina (Rusiya) – 2008-2010

Araz-Naxçıvan – 2010 – 2014

Fener - 2014-2015

Ekonomaç (Serbiya) – 2015-2017

Neftçi İK – 2017-2018

Marafon Futsal – 2018

 

Məşqçi kimi fəaliyyəti:

Neftçi İK – 2021-2022

 

Uğurları:

UEFA kuboku, bürünc medal – 2 dəfə

Azərbaycan çempionu – 7 dəfə

Azərbaycan kuboku – 4 dəfə

Serbiya çempionu – 2 dəfə

Serbiya kuboku – 2 dəfə

 

Milli komanda

2001-2019-cu illərdə Azərbaycan millisinin heyətində çıxış edib. O, 5 dəfə Avropa, 1 dəfə isə dünya çempionatının final mərhələsinin iştirakçısı olub. Millinin heyətində ən yüksək nəticəsi 2010-cu ildə keçirilən Avropa çempionatının final mərhələsində 4 yeri tutmaqdır.