“Araz-Naxçıvan” Yüksək Liqasının ilk oyununda böyükhesablı qələbənin ardından bu gün məşqlərini davam edib. Son çempion Olimpik Starda taktiki planda çalışmalar reallaşdırıb. Heyətdə zədəli və cəzalı futzalçı yoxdur. Məşqdən əvvəl 27 sentyabr - Anım günü ilə əlaqədar olaraq ölkəmizin azadlığı və ərazi bütovlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komanda Yüksək Liqanın II turunda “Neftçi” İK ilə üz-üzə gələcək. Oyun sentyabrın 30-da, saat 14:00-da Bakı İdman Sarayında keçiriləcək. Zala giriş sərbəst olacaq.