Bu gün Yüksək Liqada X turdan təxirə salınmış oyun keçirilib. Çempionluğa iddialı “Neftçi” İK debütant “Liman”la qarşılaşıb. Son iki oyunda ardıcıl məğlubiyyətləri sıralayan “Neftçi” İK oyuna yeni baş məşqçi Hacıbala Abdullazadənin rəhbərliyi altında çıxıb. Erkən qollarla oyuna başlayan “Neftçi” yekunda böyükhesablı qələbə qazanıb.
“Neftçi” İK – “Liman” 14:1 (6:0)
16 dekabr. Olimpik Star. Saat 13:30
Hakimlər: Azər Əsgərov, Mehman Mahmudov, Kənan Məlikov
Qollar: R. Balakişiyev, 00:29, 03:29, 17:46, 33:36, 37:10, V. Xocayev, 08:42, A. Abdollahi, 14:54, M. Katebi, 19:24, O, Baxşalızadə, 21:37, 23:22, 28:46, 33:27, 35:45, T. İsmayılov, 36:48 // S. M. Musevi, 38:40
Sarı vərəqələr: E. Əliyev, 22:20, Mahir Dünyamalıyev, 38:10
Qırmızı vərəqə: E. Əliyev, 22:25 (ikinci sarı)
“Neftçi” İK
23. Elnur Zamanov, 10. Rüfət Balakişiyev (k), 8. Vahib Xocayev, 94. Oruc Baxşalizadə, 14. Vitali Borisov, 17. Tural İsmayılov, 6. Muhammed Katebi, 4. Ali Abdollahi
Baş məşqçi: Hacıbala Abdullazadə
“Liman”
12. Seyid Əhməd Yaqubi (q), 11. Seyid Muhammed Musevi, 4. Paşa Tanıverdiyev, 5. Mahir Dünyamalıyev, 2. Elşəvər Əliyev, 10. Camal Mahmudov
Rəhbər: Fariz Əkbərov