Yüksək Liqada X turdan qalmış bir oyun keçiriləcək.
Baku Fire – Record club matçı fevralın 4-də Olimpik Starda baş tutacaq. Görüş saat 16:00-da başlayacaq.
Qeyd edək ki, ötən il dekabrın 7-də keçirilməli olan görüş “Baku Fire”in protokolu təyin olunan vaxtda göndərməməsi üzündən baş tutmamışdı. AFFA İntizam Komitəsi oyunun keçirilməsi barədə qərar qəbul etmişdi.