...

Lider qələbə ilə başladı


Birinci Liqada XII turun oyunları keçirilib. Qış fasiləsindən sonra ilk qələbəni “Baku Fire-2” qazanıb. PFL isə “Timsport”la matça pankartla çıxıb. Komanda üzvləri dekabrda avtomobil qəzasına düşən və hazırda müalicəsini Türkiyədə davam etdirən Elxan Səmədova mənəvi dəstək olmaq məqsədilə “Tez sağal, kapitan!” sözləri yazılan pankart açıblar. Bundan başqa, PFL üzvləri ilk qoldan sonra komandanın kapitanı E.Səmədovun geyindiyi 10 nömrəli formanı nümayiş etdirməklə qolu ona həsr ediblər. Görüş isə PFL-in qələbəsi ilə yekunlaşıb. “Dəstə Ordubad” və “STAR kargo” isə eynihesablı qələbəyə sevinib. Lider də fasilədən sonra qələbə ilə başlayıb. “Şuşa” xal ehtiyatını artırıb.

Ulduz – Baku Fire-2   2:7

Timsport – PFL  4:15

Dəstə Ordubad – Dalğa 4:1

Trabzon Azərbaycan – STAR kargo 1:4

Şuşa – Metropoliten  10:2

Xan-Lənkəran – Bakı 0:4